Modern.az

Novruzu Qarabağda qarşılamaq istəyən deputatların ARZUSU

Novruzu Qarabağda qarşılamaq istəyən deputatların ARZUSU

Aktual

15 Mart 2021, 15:40

Bu il Azərbaycanda Novruz çərşənbələrinin sonuncusu –Torpaq çərşənbəsi martın 16-na təsadüf edir. Bu çərşənbə xalq arasında "İlaxır çərşənbə" kimi də tanınır. Digər çərşənbələrdən fərqli olaraq, xalqımız axırıncı çərşənbəni xüsusi təntənə ilə qeyd edir.

Azərbaycan bu il milli bayramını qalib xalq kimi qeyd edəcək. Müxtəlif bayram adət-ənənələri ilə fərqlənən doğma torpaqlarımız bu il bayramı azad şəkildə qarşılayır.

Bəs Qarabağdan olan deputatlar azad edilmiş ərazilərdə milli bayramı necə qeyd etmək istəyərlər?


Modern.az
azad olunmuş ərazilərin deputatlarına müraciət edib.


Kəlbəcər rayonunun deputatı Aqil Məmmədov:
“Bu istiqamətdə dövlət tərəfindən müəyyən işlər görülür. Ötən gün kəlbəcərli vətəndaşlarımız həm Novruz bayramını, həm də qarşıdan gələn Ağdabanın işğal gününü doğma Kəlbəcərdə qeyd etmək istədiklərini mənə bildirdilər. Mən də onların istəklərini yüksək dəyərləndirib, bununla əlaqəli aidiyyəti qurumlara müraciət edəcəm. İnşallah, Kəlbəcərdə qeyd etmək istəyimiz reallaşar”.


Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədovun
sözlərinə görə, bayramı öz elində qeyd etməyi o da arzulayır:


“Bayramı öz elimizdə, obamızda keçirmək bizim də arzumuzdu. Qeyd edək ki, Novruz bayramı həm milli bayramımızdır, həm də digər bayramlardan öz adət-ənənələri ilə fərqlənir.

Bu gün biz bayramı fərqli ab-havada keçiririk. Hələ ki həmin ərazilərdə təmizləmə işləri getdiyindən biz bir müddət səbr etməliyik. İnşallah, növbəti illərdə öz yurdumuza dönərək, bayramımızı orada yüksək şövqlə qeyd edəcəyik. Bununla bağlı artıq müəyyən işlər görülür, ciddi addımlar atılır”.


Xocalıdan olan deputat Elman Məmmədov
bildirib ki, müəyyən səbəblərə görə bu il bayramı Xocalıda qeyd edə bilməyəcəklər:

“Bu, bizim illərdir gerçəkləşməyini gözlədiyimiz arzumuzdur. Bəzi məsələlərə görə bu il bayramı orada qeyd edə bilmiyəcəyik. Amma inşallah, gələn il qismət olar Novruzu Xocalıda qarşılayarıq”.


Fidan İlqarqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi