Modern.az

"Yaşıl mil"in məşhur aktyoru vəfat edib

"Yaşıl mil"in məşhur aktyoru vəfat edib

4 Sentyabr 2012, 15:38

Hollivudun məşhur aktyoru Maykl Klark Dunkan dünən gecə saatlarında vəfat edib. Modern.az xarici mətbuata istinadən verdiyi məlumata görə, aktyor uzun sürən ürək xəstəliyindən əziyyət çəkib və infarktdan ölüb.

Qeyd edək ki,  "Con Kofi" rolu ilə milyonların qəlbində taxt quran Dunkan 1957-ci il dekabrın 10-da anadan olub. Aktyor kimi çox gec məşhurlaşsa da, yadda qalan obrazlarla Hollivudun sevimli aktyorlarıdan birinə çevrilib. Məşhur “Oskar” və “Qızıl Qlobus” mükafatlarına namizəd olub. Maykl Klark Dunkanın məşhurluğu 1998-ci ildə, "Armageddon" filmi ilə başlanıb.
Sonradan Dunkan "9 yard", "Yaşıl mil", "Meymunlar planeti" və "Günahlar şəhəri" filmlərinə də çəkilib.
Sevinc İltifatqızı
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir