Modern.az

Təhsil naziri bu şəxslərə müraciət etdi

Təhsil naziri bu şəxslərə müraciət etdi

Təhsil

15 Mart 2021, 16:30

“Təhsilin keyfiyyətinə müxtəlif amillər təsir edir və bu amillərin prioritetləşdirilməsi Təhsil Nazirliyi üçün olduqca vacibdir”.

 

Modern.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev özünün feysbukdakı səhifəsində yazıb.

 

Nazir qeyd edib ki, bu məqsədlə geniş təhsil ictimaiyyətinin (müəllimlər, valideynlər, təhsil işçiləri) fikrini öyrənmək faydalıdır:

 

“Keyfiyyətli təhsil üçün sorğu yaradılıb. Sorğudakı bəndlərin hər biri təhsil prosesinin keyfiyyətli təşkili baxımından mühüm əhəmiyyətə malikdir. Seçdiyiniz bəndi rəy bölməsinə qeyd etməklə, yaxud keçidə daxil olmaqla sorğuda iştirak edə bilərsiniz”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?