Modern.az

Azərbaycanda yoluxma azaldı - 4 nəfər öldü

Azərbaycanda yoluxma azaldı - 4 nəfər öldü

15 Mart 2021, 19:33

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 376 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 240671 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 231061 nəfər müalicə olunaraq sağalıb, 3286 nəfər vəfat edib, aktiv xəstə sayı 6324 nəfərdir.

 

Ölkədə son sutka ərzində 5891 hazırkı dövrədək isə 2716017 test aparılıb.

 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi