Modern.az

Avropada daha iki ölkə “AstraZeneca” peyvəndindən İMTİNA ETDİ

Avropada daha iki ölkə “AstraZeneca” peyvəndindən İMTİNA ETDİ

Dünya

15 Mart 2021, 20:44

Almaniya ehtiyat tədbiri olaraq, koronavirusa qarşı vaksinasiya prosesində “AstraZeneca” peyvəndindən istifadəni dayandırıb.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ölkənin Federal Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Nazirliyin Paul Erlix institutunun tövsiyyələrinə əsasən bu addımı atdığı bildirilib.

 

Qurumdan verilən açıqlamada qeyd olunur ki, “AstraZeneca” peyvəndinin damarlarda trombların yaranmasına səbəb olması barədə iddialar mövcuddur. Bu baxımdan da vaksinin yan təsirləri barədə əlavə araşdırmaların aparılmasına ehtiyac var.

 

Fransa prezidenti Emmanuel Makron da ölkəsində Britaniyanın “AstraZeneca” şirkətilə Oksford Universiteti alimlərinin birgə istehsalı olan vaksindən istifadənin dayandırıldığını bəyan edib. Onun sözlərinə görə, bu qərar səhiyyə naziri Olivye Veranın tövsiyəsi əsasında qəbul olunub.

 

Qeyd edək ki, Almaniya və Fransa ilə "AstraZeneca" peyvəndinin istifadəsini dayandıran ölkələrin sayı 13-ə yüksəlib. 

 

Buna qədər Avstriya, İtaliya, Bolqarıstan, Rumıniya, Estoniya, Litva, Lüksemburq, Latviya, Norveç, İslandiya və İrlandiya "AstraZeneca" peyvəndinin istifadəsini dayandırıb.

 

T.İSMAYIL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür