Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 200 m² olan məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binanın 1-ci mərtəbəsində bir otağın və dəhlizin yanar konstruksiyaları 25 m² sahədə yanıb.
Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.