İspaniyada ingilis-isveç şirkəti "AstraZeneca"dan alınan koronavirusa qarşı peyvəndin istifadəsini dayandırmağa qərar verilib.
Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə krallığın səhiyyə naziri Karolina Darias məlumat verib.
"AstraZeneca" peyvəndinin istifadəsi Avropa Dərman Agentliyinin son günlərdə baş verən qan laxtalanma hallarını analiz edənə qədər müvəqqəti olaraq dayandırılır", - K.Darias deyib.
Xatırladaq ki, ötən gün Almaniya və Fransa da analoji qərar veriblər.
İspaniya ilə "AstraZeneca" peyvəndinin istifadəsini dayandıran ölkələrin sayı 14-ə yüksəlib.
Buna qədər Avstriya, İtaliya, Bolqarıstan, Rumıniya, Estoniya, Litva, Lüksemburq, Latviya, Norveç, İslandiya və İrlandiya "AstraZeneca" peyvəndinin istifadəsini dayandırıb.
T.İSMAYIL