İspaniya La Liqasının 27-ci turunda "Barselona" evdə "Ueska"nı qəbul edib.
Modern.az xəbər verir ki, matç Kataloniya klubunun 4-1 hesablı qələbəsi ilə başa çatıb.
Qolları "Barselona"nın heyətində Lionel Messi (13, 90 dəqiqə), Antuan Qrizman (35) və Oskar Minqueza (53) vurub. Rəqib komandanın yeganə qolunu isə penaltidən Rafa Mir (45+4) qapıdan keçirib.
Aktivinə növbəti 3 xalı yazdıran "Barselona" 59 xalla turnir cədvəlində ikinci pilləyə yüksəlib. "Ueska" isə 20 xalla 20-ci pillədə qalıb.
Qeyd edək ki, La Liqaya 63 xalla "Atletiko Madrid" başçılıq edir. "Real Madrid" isə 57 xalla üçüncü pillədə qərarlaşıb.
Onu da qeyd edək ki, bu oyunda Lionel Messi "Barselona" forması ilə 767-ci matçına çıxaraq, komandanın keçmiş yarımmüdafiəçisi Xavi Ernandesin rekordunu təkrarlayıb.
Turan ASLAN