Modern.az

Hüseyn Bağırov müharibədə iştirak edən tələbələrlə görüşüb - FOTOLAR

Hüseyn Bağırov müharibədə iştirak edən tələbələrlə görüşüb - FOTOLAR

16 Mart 2021, 10:55

Qərbi Kaspi Universitetində Vətən Müharibəsinin iştirakçısı olmuş bir qrup tələbə ilə görüş keçirilib.

 

Modern.az xəbər verir ki, universitetin Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov ölkəmizin bütövlüyü uğrunda göstərdikləri rəşadətə görə tələbələrə universitet kollektivinin təşəkkürünü çatdırıb, şəhidlərimizə Allahdan rəhmət diləyib.

 

H.Bağırov qeyd edib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tarixi qələbə qazandı və bu zəfər həm də tarixi ədaləti bərpa etdi.

 

Daha sonra tələbələr çıxış edərək öz döyüş təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, Qərbi Kaspi Universiteti Vətən Müharibəsinin iştirakçısı olan tələbələrini təhsil haqqından azad edib.
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi