Modern.az

Əli Əsədov: “460 minə yaxın adam peyvənd olunub”

Əli Əsədov: “460 minə yaxın adam peyvənd olunub”

Aktual

16 Mart 2021, 11:26

"Bütün siyasi qüvvələrin iştirakı ilə keçirilən seçkilərdə çoxpartiyalı parlament formalaşıb". 

 

Modern.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov bu gün parlamendə hökumətin hesabatı zamanı çıxış edərkən belə deyib.

 

Baş nazir bildirib ki, Nazirlər  Kabineti ötən il də  parlament üzvlərinin sorğu və təkliflərinə həssaslıqla yanaşıb. 

 

Əli Əsədov ötən ilin sonunda  TAP layihəsinin istifadəyə verilməsinin Azərbaycan qazının  Avropaya ilk dəfə çatdırılmasına səbəb olduğunu vurğulayıb.

 

Baş nazir COVID-19 pandemiyasından da danışıb:

 

"Ötən il dünyanı bürüyən koronavirusla mübarizə nəticəsində davamlı tədbirlər keçirilib. Vətəndaşların sağlamlığının qorunması istiqamətində işlər davamli olaraq həyata keçirilib. Maska qıtlığı aradan qaldırılıb. Səhiyyə sisteminə 644 milyon manat vəsait xərclənib. Bu il isə əhalinin vaksinasiyasına start verilib. 460 minə yaxın adam peyvənd olunub. Ümid edirik ki, vakansiyaya start verilməsi xəstəliyin aradan qaldırılmasında əhəmiyyətli dərəcədə rol oynayacaq".

 
Əli Əsədov deyib ki, 2020-ci il Azərbaycanın şanlı dövlətçilik tarixində Prezident İlham Əliyevin rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi, suverenliyin bərpası ilə əlamətdar olub.


Baş nazir bir daha Azərbaycan xalqını təbrik edib:

"Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, dərin islahatlar nəticəsində yaradılmış potensial şanlı ordumuzun düşmən üzərində qələbəsini şərtləndirib. Bir daha qələbə münasibətilə Prezidentimizi, xalqımızı və sizləri təbik edirəm”. 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür