Modern.az

Nikol Paşinyan istefaya HAZIRLAŞIR

Nikol Paşinyan istefaya HAZIRLAŞIR

Dünya

16 Mart 2021, 11:27

Ermənistan baş naziri Nikol Paşinyanın istefası “Çiçəklənən Ermənistan” pasrtiyasının sədri Qaqik Tsarukyanın tutduğu mövqeyə görə ləngiyir.


Modern.az
Ermənistanın “Qraparak” qəzetinə istinadən xəbər verir ki, Tsarukyan Paşinyana şərt irəli sürüb. O, ikitərəfli görüşdən sonra baş nazirin istefa verməsini və yeni seçki vaxtını təyin etməsini istəyir.

 

Tsarukyan öz partiyasının baş nazir kürsüsünə namizəd irəli sürməyəcəyinə də təminat verir.

Paşinyan istefa verməyə tələsmədiyi üçün Tsarukyanla görüşün vaxtını uzadır. Amma mətbuat Paşinyanın martın 23-nə qədər istefa verə biləcəyini iddia edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!