Modern.az

Valyuta ehtiyatlarımız 0,2 faiz artıb - Əli Əsədov

Valyuta ehtiyatlarımız 0,2 faiz artıb - Əli Əsədov

16 Mart 2021, 11:49

"2020-ci ildə pandemiya və xarici mühitin pisləşməsinə qarşı hökumətin gördüyü tədbirlər nəticəsində makroiqtisadi sabitlik qorunub".

 

Modern.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov bu gün parlamentdə hökumətin hesabatı zamanı çıxış edərkən deyib.

 

Baş nazir ötən il sosial ödənişlərin tam ödəndiyini bildirib:

 

"Beynəlxalq konyukturanın əhəmiyyətli dərəcədə pisləşməsinə baxmayaraq, ölkənin strateji valyuta ehtiyatları hesabat ilində nəinki azalmayıb, əksinə 0,2% (99,2 mln. ABŞ dolları) artaraq 51,2 mlrd. ABŞ dolları (Maliyyə Nazirliyinin xarici valyutada xəzinə hesabındakı vəsait nəzərə alınmaqla) təşkil etməklə ÜDM-i üstələyib. Ötən il bütün sosial ödənişlər vaxtında və tam həyata keçirilib”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi