Martın 15-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 10 518 nəfər vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə,hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 458 958 nəfər peyvəndlənmə prosesində iştirak edib.
Rəsmi məlumata görə, vaksinasiya respublikanın bütün rayonlarında etdirilir.