Modern.az

Eldar Əzizov xanım müavinini işdən AZAD ETDİ

Eldar Əzizov xanım müavinini işdən AZAD ETDİ

16 Mart 2021, 12:05

Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova vəzifəsindən azad edilib.

 

BŞİH-dən Modern.az-a bildirilib ki, Fidumə Hüseynova müvafiq sərəncama əsasən vəzifəsindən azad olunub.

 

Bildirilib ki, hələlik boş qalan vəzifəyə təyinat aparılmayıb. 


Xatırladaq ki, Fidumə Hüseynova 2005-ci ildən şəhər merinin müavini vəzifəsində çalışırdı. O, daha əvvəl  - 3 iyul 2003-cü ildən 6 aprel 2005-ci ilədək Bakının Binəqədi rayonu İcra Hakimiyyətinin başçısı işləyib.

Fidumə Hüseynova Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini olmaqla yanaşı, həm də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, eləcə də Azərbaycan Respublikası Turizm Şurasının üzvü kimi də fəaliyyət göstərib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan dağıdıcı hücum: Rusiyada dəhşət yaşanır