Modern.az

“Acıbadem” əməkdaşları Naftalanda - FOTOLAR

“Acıbadem” əməkdaşları Naftalanda - FOTOLAR

16 Mart 2021, 12:10

Naftalan Şəhər İcra Hakimiyəti və Türkiyənin "Acıbadem" Tibbi Şirkətlər Qrupunun əməkdaşları arasında görüş keçirilib. 

 

Modern.az xəbər verir ki, görüşdə İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov ilk olaraq Naftalan şəhərinin mövcud turizm potensialı haqqında ətraflı məlumat verib.  Bildirilib ki, müalicəvi Naftalan nefti ilə sağlamlıq turizm istiqamətində inkişaf etmiş şəhəri müasir kurort mərkəzinə çevirmək və beynəlxalq turizm mərkəzi kimi inkişaf etdirmək qarşıdakı əsas vəzifələrdəndir.

 

Şəhər İcra Hakimiyyətinin müraciəti əsasında ilk dəfə olaraq Naftalan nefti və ondan alınan məhsulların rəqabət qabiliyyətliliyinin artırılması məqsədilə AZS 886:2020 “Naftalan nefti nativ. Ümumi tələblər” dövlət standartı layihəsi Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən təsdiq edilməsi də turizmin inkişafına böyük təkan verəcəkdir.

 

Şəhər rəhbəri vurğulayıb ki, Prezident İlham Əliyevin Naftalan kurortunun inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin uğurlu icrası nəticəsində şəhər özünün yeni inkişaf dövrünə qədəm qoyub.

 

Türkiyə "Acıbadem" Tibbi Şirkətlər Qrupunun Uluslararası İş Gəliştirmə Sorumlusu Aytən Babazadə, Regional nümayəndəliyinin əməkdaşı Ramil Ələsgərov və Gəncə Destinasiya Menecmenti Təşkilatının rəhbəri Zaur Bayramov ilə keçirilən görüşdə "Acıbadem" nümayəndəsi Aytən Babazadə təbii Naftalan neftinin yüksək müalicəvi təsirlərə malik olduğunu və xəstəliklərdə istifadəsinin önəmli olduğunu qeyd edib.

 

Əməliyyat olunmuş xəstələrin gələcəkdə reabilitasiyasının Naftalanda keçirmələri barədə fikir mübadiləsi aparılıb. Gələcəkdə "Acıbadem" Tibbi Şirkətlər Qrupu ilə Naftalan Sağlamlıq Mərkəzlərinin birgə əməkdaşlığı barədə təkliflər irəli sürülüb və müzakirələr aparılıb. "Acıbadem"in və Naftalan Sağlamlıq Mərkəzlərinin yüksək ixtisaslı mütəxəsisləri ilə birgə “Naftalan neftinin əhəmiyyəti” mövzusunda vebinarın keçiriləcəyidə diqqətə çatdırılıb. 

 

Sonda qonaqlar “Garabag Resort & Spa” və “Naftalan Müalicə və Sağlamlıq Mərkəzində” naftalan neftindən istifadə edərək həyata keçirilən müalicə üsulları ilə yaxından tanış olublar.

 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi