Modern.az

Deputat nazirliyi ittiham etdi: “Əlillik dərəcəsinin verilməsində problemlər var”

Deputat nazirliyi ittiham etdi: “Əlillik dərəcəsinin verilməsində problemlər var”

16 Mart 2021, 12:20

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bu gün parlamentdə çıxış edərkən əlillərlə bağlı məsələyə toxunub.

 

Modern.az xəbər verir ki, deputat Vətən müharibəsində iştirak etmiş şəxslərə əlillik dərəcəsinin verilməsində problemlər olduğunu bildirib:

 

"Müharibədə iştirak edən şəxslərin çoxu kənd təsərrüfatında çalışan, torpağı, Vətənini sevən insanlar olub. Bu gün həmin şəxslərə əlillik dərəcəsinin verilməsində problemlər var. Ona görə də hökumətin bu məsələni nəzərə almalarını istəyirik"

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir