Modern.az

Azyaşlıların xaricə getməsinə valideynlər telefonla icazə verəcək

Azyaşlıların xaricə getməsinə valideynlər telefonla icazə verəcək

Aktual

16 Mart 2021, 12:45

Azərbaycanda yetkinlik yaşına çatmayan şəxslərin xaricə getməsi üçün valideynlər mobil notariat vasitəsilə icazə verə bilər.

 

Modern.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin əməkdaşı Zaur Həsənov “Bank sektoruna və vətəndaşlara yaradılan rəqəmsal imkanlar: mobil ədliyyə xidmətləri” mövzusunda keçirilən onlayn brifinqdə bildirib.

  1. Həsənov bildirib ki, artıq istənilən şəxs azyaşlıların xaricə getməsinə elektron icazə verə bilər:

 

“Bu proses mobil notariat tətbiqində istifadəyə verilib: "Vətəndaş günün istənilən vaxtında mobil tətbiq vasitəsilə olduğu yerdən azyaşlıların ölkədən getməsinə razılıq əldə etmək üçün ərizəni rəsmiləşdirə bilər".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi