Modern.az

BDU tələbələrinin təqaüdü niyə AZALDI?.. - AÇIQLAMA

BDU tələbələrinin təqaüdü niyə AZALDI?.. - AÇIQLAMA

Təhsil

16 Mart 2021, 13:12

Bakı Dövlət Universiteti dünən tələbələrə fevral ayının təqaüdünü ödəyib. Amma ödənilən təqaüdlərin miqdarındakı nəzərəçarpan azalma tələbələrin narazılığı ilə qarşılanıb. Belə ki, hər bir tələbənin təqaüdündə ən azı 25-30 manat çıxılıb ki, bunun da səbəbi izah olunmayıb.

Məsələn, 110 manat  “zərbəçi təqaüdü” alan tələbələrə 80 manat, 130 manat “əlaçı təqaüdü” alanlara isə 95 manat ödənilib.

Məsələ ilə bağlı Modern.az-ın əməkdaşı universitetin mətbuat katibi Günel Orucəliyeva ilə əlaqə saxlayıb.

Maraqlıdır ki, mətbuat katibi təqaüdlərdə heç bir azalmanın olmadığını qeyd edib:


“Təqaüdlərin verilməsində və məbləğində heç bir problem yoxdur. Sadəcə,  I semestr uzadıldığına görə tələbələr fevralın ilk həftəsinin pulunu keçən ay alıblar. Digər 21 günlük müddətin təqaüdü isə dünən ödənilib”.

Fidan İlqarqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?