Modern.az

Azərbaycanda problemli kreditlərin MƏBLƏĞİ

Azərbaycanda problemli kreditlərin MƏBLƏĞİ

İqtisadiyyat

16 Mart 2021, 13:16

2021-ci il fevral ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği yanvar ayı ərzində 25 milyon manat artaraq 8202,9 milyon manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, əmanətlərin 50,7 faizi xarici, 49,3 faizi isə milli valyutada qoyulub.

Həmçinin bildirilib ki, 2021-ci il fevral ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 14587,2 milyon manat təşkil edib. Ümumi kredit portfelinin 12021,6 milyon manatı və ya 82,4 faizi uzunmüddətli kreditlərin payına düşb.

Kreditlərin 97,4 faizi banklar, 2,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 900,4 milyon manat olub və ümumi kredit portfelinin 6,2 faizini təşkil edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır