Modern.az

KİV Avropa-Azərbaycan əlaqələri mövzusuna xüsusi diqqət ayırmır

KİV Avropa-Azərbaycan əlaqələri mövzusuna xüsusi diqqət ayırmır

2 Fevral 2010, 18:20

Azərbaycandakı aparıcı yazılı mətbuat orqanları Avropa-Azərbaycan əlaqələri mövzusuna geniş yer ayırmağa maraq göstərmir. «Ortaq Dəyərlər» İctimai Birliyi yanvar ayı ərzində 5 gündəlik aparıcı qəzetdə aparılan monitorinqin nəticəsində bu qənaətə gəlib. Qeyd edək ki, sözügedən monitorinq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun maliyyə dəstəyi ilə «Ortaq Dəyərlər» İctimai Birliyinin həyata keçirdiyi «Avropa və Azərbaycanın ortaq dəyərlərinin öyrənilməsinin vəkilliyi» layihəsi çərçivəsində aparılıb.

Birlikdən Modern.az-a verilən məlumata görə, 2010-cu ilin ilk ayı ərzində 5 gündəlik qəzetdə Avropa-Azərbaycan əlaqələri mövzusu ilə əlaqədər ümumilikdə cəmi 19 yazı dərc edilib. Bu yazılardan 9-u xəbər, 6-sı məqalə, 1-i köşə yazısı, 3-ü isə müsahibədir: «Təəssüfləndirici hal ondan ibarətdir ki, yazıların da bir qismi əsasən Avropa-Azərbaycan əlaqələrinin inkişafına, ortaq dəyərlərin axtarışına deyil, ölkəmizin hansısa sahələrlə bağlı müxtəlif Avropa institutları tərəfindən tənqid edilməsinə həsr olunub. Qəzetlərdə Avropa ilə bağlı dərc edilən məlumatların bir qismini isə beynəlxalq xəbərlər təşkil edir».

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir