Modern.az

Təhsil Nazirliyi qızıl medal alan məzunların sayını açıqladı

Təhsil Nazirliyi qızıl medal alan məzunların sayını açıqladı

Aktual

5 Sentyabr 2012, 10:50

2011-2012-ci dərs ilinin yekunlarına görə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 118 şagird qızıl, 20 şagird gümüş medalla təltif olunub. Təhsil Nazirliyindən verilən məlumata görə, ilk dəfə ötən tədris ilində təhsil aldığı müddətdə xüsusi nailiyyətlər qazanmış tam orta təhsil üzrə 53 məzun qızıl və gümüş medala (37 şagird qızıl, 16 şagird gümüş medala) layiq görülüb. Məzunların qızıl və gümüş medalla təltif olunması Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası” əsasında həyata keçirilib.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?