Modern.az

“AstraZeneca” peyvəndinin daha bir TƏHLÜKƏSİ

“AstraZeneca” peyvəndinin daha bir TƏHLÜKƏSİ

Dünya

16 Mart 2021, 21:39

İsveç-Britaniya istehsalı olan “AstraZeneca” peyvəndinin daha bir fəsadı üzə çıxıb.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, İsveçin baş epidemioloqu Anders Teqnellin sözlərinə görə, vaksin təkcə qan laxtalanmasına deyil, həmçinin, qanaxmaya da səbəb olur.

 

O bildirib ki, bu əlamət peyvənd olunduqdan 1-2 həftə sonra özünü göstərir və indiyədək Avropada 10-15 pasiyentdə bu hal müşahidə olunub. İsveçdə isə belə bir hadisəyə rast gəlinməyib.

 

“Ancaq bu, əsasən, gənc insanlar arasında çox ciddi əks-təsirdir. Hələlik vaksinlə simptomlar arasındakı səbəb əlaqəsini müəyyən etmək mümkün olmayıb”, - deyə Teqnell bildirib.

 

O qeyd edib ki, vaksinin əks-təsir əlaməti çox ciddi məsələdir və bu səbəbdən İsveç “AstraZeneca”nın tətbiqini müvəqqəti dayandırır.

 

Xatırladaq ki, bundan əvvəl də 14 Avropa ölkəsi “AstraZeneca”dan istifadəni dayandırıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə vaksinin əks-təsiri ilə bağlı iddiaları qəbul etməyərək istifadəsinə davam etməyi məsləhət görüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür