Modern.az

Elçibəyin ailəsi Bakıdan niyə köçdü?

Elçibəyin ailəsi Bakıdan niyə köçdü?

Aktual

5 Sentyabr 2012, 11:21

Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva və oğlu Ərturqut artıq bir müddətdir ki, Bakıdan köçüblər. Bu barədə Modern.az saytına mərhum prezidentin qardaşı Almurad Əliyev məlumat verib. O bildirib ki, sabiq ölkə rəhbərinin ailəsi artıq bir aydan çoxdur ki, Ordubadın Kələki kəndində yaşayır.

“Elçibəyin ailəsi artıq bir müddətdir ki, Ordubadda - Kələki kəndində yaşayır. Təbii ki, onlar Bakıdan birdəfəlik köçməyiblər, sadəcə olaraq orada özlərini daha rahat hiss edirlər, istirahət edirlər. Dəqiq deyə bilmərəm onlar Bakıya nə zaman dönəcəklər. Əlaqə saxlayıram tez-tez, vəziyyətləri yaxşıdır”, - deyə A.Əliyev bildirib.

Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev Bakı Kooperasiya Universitetini bitirib. Ali təhsilini tamamladıqdan sonra qanunvericiliyə uyğun olaraq Binəqədi Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə aparılıb. O, hərbi xidmətdən sonra Türkiyənin Milliyyətçı Hərəkat Partiyasının sədri Dövlət Baxçalının dəstəyi ilə qardaş ölkədə təhsilini davam etdirib. Hazırda işsizdir. Mərhum prezidentin qızı Çilənay Səmədbəyli isə ailəsi ilə Bakını tərk edərək Türkiyəyə köçüb. Elçibəyin həyat yoldaşı evdar qadındır. Elçibəy ailəsi hələ ki eks-prezidentlər haqqında qanunun imtiyazlarından istifadə edə bilmir.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!