Modern.az

Qarabağa gedən partiya sədrləri: “Ağdama çatanda acı mənzərə ilə qarşılaşacam”

Qarabağa gedən partiya sədrləri: “Ağdama çatanda acı mənzərə ilə qarşılaşacam”

Aktual

17 Mart 2021, 10:08

Azərbaycanda qeydiyyatda olan 50-yə yaxın siyasi partiyanın rəhbəri bu gün işğaldan azad olunmuş ərazilərə səfər edib.

 

Modern.az-ın xəbərinə görə, səfərin təşəbbüskarı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsidir.

 

Siyasi partiya rəhbərləri ilk olaraq Ağdama səfər edəcək.

 

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev də partiya rəhbərləri ilə Ağdama yollanıb.

 

Səfərı yollananlar arasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı, ReAl Partiyasının sədri İlqar Məmmədov, Ümid Partiyasının sədri İqbal Ağazadə, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, politoloq Eldar Namazov kimi tanınmış simalar var.


İşğaldan azad olunmuş ərazilərə yolanan Ana Vətən Partiyasının sədri, deputat  Fəzail Ağamalı Modern.az-a açıqlamasında səfərlə bağlı təəssüratlarını danışıb:


“Sonuncu dəfə Ağdamda 1991-ci ildə olmuşam. Ağdamın son vəziyyəti ilə qiyabi tanışam. Bilirəm ki, Ağdama çatanda acı mənzərə ilə qarşılaşacam. Çünki Ağdam bu gün xarabalığa çevrilmiş vəziyyətdədir. Onu o vəziyyətdə görmək isə digərləri kimi mənə də pis təsir bağışlayacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı