Modern.az

Rusiyanın türk mənşəli naziri Turan Ordusundan DANIŞDI

Rusiyanın türk mənşəli naziri Turan Ordusundan DANIŞDI

17 Mart 2021, 10:15

Rusiyanıln müdafiə naziri, Ordu generalı Sergey Şoyqu Qazaxıstanın Tengrinews agentliyinə müsahibə verib. Modern.az xəbər verir ki, nazir Qarabağ münaqişəsi, Turan Ordusu və digər mövzularda suallara cavab verib.

 

Şoyqu Qarabağda hərbi əməliyyatların dayandırılmasında prezident Vladimir Putinin rolundan danışıb.

“Putin münaqişənin həlli üçün böyük səylər göstərdi. Bütün tərəfləri razı salmaq lazım gəlirdi”.

 

Şoyqu jurnalistin Turan Ordusunun yaradılması barədə səslənən iddialara isə sualla cavab verib.

“Bu ordu nə üçün yaradılacaq və kimə qarşı olacaq?”. Şoyqu Rusiya ərazisində də çoxlu sayda türk mənşəli xalqların yaşadığını diqqətə çatdırıb.

 

Rusiyanın müdafiə naziri Qazaxıstanın Rusiya tərəfindən ilhaq olunması ehtimalını da təkzib edib.

“Biz sərhədlərin tam demarkasiyasını hələ 1998-ci ildə keçirmişik. Həmçinin, səhv etmirəmsə, 2005-ci ildə sərhədlər haqqında müqavilə də imzalamışıq”.

 

Xatırladaq ki, Sergey Şoyqu miliyətcə türk mənşəli Tuva xalqının nümayəndəsidir.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi