Modern.az

Erməni əsilli qazinin tabutu türk bayrağına büküldü

Erməni əsilli qazinin tabutu türk bayrağına büküldü

Dünya

17 Mart 2021, 10:35

Almaniyada  91 yaşında vəfat edən müharibə veteranı türk bayrağı ilə son mənzilə uğurlanıb.

Modern.az xəbər verir ki, adı Minas Kaya olan qazi erməni əsilli idi. 51 ildir ki, Bremen şəhərində yaşayan qazi ürək çatışmazlığı səbəindən həyatını itirib. Vəsiyyətinə uyğun olaraq, onun tabutu al bayrağa bürünüb.

Mərasimdə danışan oğlu Murat Kaya bildirib ki, atasının tək vəsiyyəti Türk bayrağına bürünərək uğurlanmaq idi. Atasının bütün dinlərə sonsuz hörməti olduğunu vurğulayan Murat Kaya deyib: "Atam bütün dinlərə hörmət etdiyindən cənazə mərasimində rahibə istəməmişdi. Hər kəsin öz namazını qılıb inancına görə Fatihə oxumasını arzulamışdı".

Türkiyə Mübariz Qazilər Dərnəyinin İstanbul şöbəsi də qazi üçün başsağlığı mesajı göndərib.

Ailə dəfndən sonra türk bayrağını xatirə olaraq evlərində saxlayacağını bildirib.

Fidan ƏLİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır