Modern.az

Cəmil Həsənli: “Erməni xalqının “qəhrəmanları” terroristlərdir”

Cəmil Həsənli: “Erməni xalqının “qəhrəmanları” terroristlərdir”

5 Sentyabr 2012, 12:28

“Düşünürəm ki, erməni deputatın Artaşes Geqamyanın hədələyici çıxışından sonra cəmiyyətdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə ehtiyac var. Bütün hallarda, əlbəttə, Azərbaycan özünün xaricdəki diplomatik idarələrinin təhlükəsizliyini təmin etmək qayğısına daha etibarlı formada qalmalıdır”. Bu sözləri Modern.az-a açıqlamasında tarix elmləri doktoru, professor Cəmil Həsənli bildirib.

C. Həsənli Ermənistan parlamentinin üzvü, AŞPA-dakı erməni nümayəndə heyətinin rəhbəri, Milli Birlik Vəhdət Partiyasının sədri Artaşeş Geqamyan erməni mətbuatında və “Regnum” informasiya agentliyinə yayılan məqaləsində Azərbaycan tərəfini terrorla hədələməsi ilə bağlı dediyi fikirləri şərh edərkən deyib: “Təəssüf ki, erməni xalqının “qəhrəmanları”nın hamısı bilavasitə terroristlərdir. Bu böyük bir şəbəkədir və bu böyük şəbəkə haqqında dünyanın tanınmış böyük dövlətlərində xüsusi xidmət orqanlarının çox mükəmməl məlumat bazası var. O cümlədən ABŞ-də Milli Arxivi və Sənədlər İdarəsində Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatları yerləşdirilib, saxlanılır və orada kifayət qədər erməni terror təşkilatları, o cümlədən “ASALA” haqqında digər erməni təşkilatları onların terror planları, həyata keçirdikləri terror aktları haqqında çox müfəssəl məlumatları var. Mən orada işləyəndə bunları görmüşəm”.

Tarixçi-alim erməni deputatın adını çəkdiyi şəxslərlə yanaşı erməni terroristlərinin törətdikləri digər terror hadisələri haqqında da məlumat verib: “Həsən bəy Ağayev Azərbaycan parlamenti sədrinin müavini Fətəli xan Xoyski kimi Tiflisdə qətlə yetirilib. Onlar Azərbaycan Milli Hərəkatında çox böyük rolu olan adamlardır. Türk diplomatları haqqında məlumatlar bütün internet saytlarında var. erməni terroristləri böyük bir şəbəkədir və bu şəbəkə dünyada fəaliyyət göstərir. Bu erməni təşkilatları haqqında kifayət qədər məlumatlar var.

Bura Bakı metrosunun partladılmasını da misal göstərmək olar, bu əməliyyat açıldı, məlum oldu ki, Ermənistan məxfi xidmət orqanı tərəfindən Yerevanda hazırlanıb və təlimatlandırılıb. Bütün plan orada olub. Bakıda avtobusda olan partlayış, Bakı-Moskva qatarında olan partlayış, vaxtilə Azərbaycan Opera teatrında olan yanğın, bunlar hamısı erməni terror təşkilatlarının bilavasitə fəaliyyətinin nəticəsi idi. Berlində Tələb paşa, Tiflisdə Camal paşaya qəsd edildi”.

Bunların ən qalmaqallı qəsdlər olduğunu deyən tarixçi-alim: “Ən maraqlısı odur ki, bu terror aktlarını törədənlərin hamısını az vaxtdan sonra bərait qazanıb. Onlar ya məhkəmədən buraxılıb, ya da az vaxtdan sonra bəraət verilib”, – deyə qeyd edib.

Xatırladaq ki, bir müddət öncə Ermənistan parlamentinin üzvü, AŞPA-dakı erməni nümayəndə heyətinin rəhbəri, Milli Birlik Vəhdət Partiyasının sədri Artaşeş Geqamyan erməni mətbuatında və “Regnum” informasiya agentliyinə yayılan məqaləsində Azərbaycan tərəfini terrorla hədələyib. Erməni siyasətçisi Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiya olunmasına etiraz olaraq zabitimizin və siyasətçilərimizin ünvanına təhdidlər səsləndirib.

Aytən Əliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi