Modern.az

Orta məktəbi qızıl medalla qurtaranlara hansı güzəştlər verilir?

Orta məktəbi qızıl medalla qurtaranlara hansı güzəştlər verilir?

5 Sentyabr 2012, 12:34

Azərbaycanda orta məktəbi qızıl medalla bitirən məzunlara heç bir imtiyaz verilmir. Bunu Modern.az saytına açıqlamasında Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov deyib. Nazirlik rəsmisi bildirib ki, orta məktəbi qızıl, yaxud da gümüş medalla bitirən şagirdlər heç imtahanlarda da hər hansı güzəşt əldə edə bilmirlər.   

Qeyd edək ki, ötən il təhsil aldığı müddətdə xüsusi nailiyyətlər qazanmış tam orta təhsil üzrə 53 məzun qızıl və gümüş medala (37 şagird qızıl, 16 şagird gümüş medala) layiq görülüb. Məzunların qızıl və gümüş medalla təltif olunması Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası” əsasında həyata keçirilib.

Bu il isə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 118 şagird qızıl, 20 şagird gümüş medalla təltif olunub.

 

Mail Ağaxanov

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir