Modern.az

Ağdama gedən partiya sədri kövrəldi: “Gərək daş olasan ki...”

Ağdama gedən partiya sədri kövrəldi: “Gərək daş olasan ki...”

Aktual

17 Mart 2021, 15:06

Azərbaycanda qeydiyyatda olan 50-yə yaxın siyasi partiyanın rəhbəri bu gün işğaldan azad olunmuş Ağdama səfər edib.

 

Vəhdət Partiyasının sədri Tahir Kərimli Modern.az-a bildirib ki, Ağdama ilk ayaq basanda keçirdiyi hissləri sözlə ifadə etməkdə çətinlik çəkir:

 

“Ağdamda sonuncu dəfə 1992-ci ildə olmuşam. Yadımdadır ki, Ağdama səfər  jurnalist Səriyyə Müslümanqızı ilə Xocalı soyqırımından bir gün sonraya təsadüf etmişdi. Ağdamda o qədər gözəl evlər, imarətlər vardı ki!  İndi baxdıqca düşünürdüm: hanı o gözəl evlər?! Ermənilər hər şeyi məhv ediblər. Yol boyu Qaradağlı qəbiristanlığına baxanda ətrafın xarabalığa çevrildiyini görmək olar. Gəldiyim nəticə budur ki, bunlarla birgəyaşayış mümkün deyil. Bunlar hansı xalqla bir yerdə yaşasalar, mütləq dövlət qurmaq iddiasına düşəcəklər. Bunlar oğru millətdirlər. Qafqazın adına ləkədirlər”.

 

Tahir Kərimli vaxtilə Ali Məhkəmənin sədri kimi Ağdama gəldiyi zamanı xatırlayıb, rayonun xarabalığa çevrilməsinə çox üzüldüyünü bildirib:

 

“Bir vaxtlar Ağdamda yanına gəldiyim adamlar, evlər vardı. İndi hanı o evlər?! Çox ağır təəssürat altındayam. Bura gələn kimsə kövrəlməyə bilərmi?! Kövrəlməmək, təsirlənməmək üçün gərək daş olasan. Partiya yoldaşlarımla öz aramızda söhbət edirik. Ağdama səfər zamanı erməni vəhşiliyini gözümüzlə görürük. Bunlar millət deyil. Bunların məqsədi odur ki, öz torpağını, özgəsinə məxsus keçmişi, tarixi oğurlasınlar”.

 

Qeyd edək ki, Ağdama təşkil edilən səfərin təşəbbüskarı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsidir.

 

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev də partiya rəhbərləri ilə Ağdama yollanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu