Modern.az

Baydendən SƏRT ÇIXIŞ: “Putin buna görə cavab verəcək”

Baydendən SƏRT ÇIXIŞ: “Putin buna görə cavab verəcək”

Dünya

17 Mart 2021, 15:30

ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinə sərt xəbərdarlıq edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ lideri Moskvanın 2020-ci il prezident seçkilərinə müdaxiləsini təsdiq olunmuş fakt kimi təqdim edib.

 

“Putin ABŞ-da 2020-ci ildə keçirilmiş prezident seçkilərinə müdaxilə etdiyinə görə cavab verəcək”- deyə o söyləyib.

 

Jurnalistin "Putini qatil hesab edirsinizmi" sualına isə Ağ Evin sahibi "bəli, hesab edirəm"-deyə təsdiq cavabı verib.

Co Baydenin sərt çıxşı fonunda rus rublu dollara qarşı ucuzlaşmağa başlayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı