Modern.az

Putin növbəti seçkilərdə də prezident olmaq üçün indidən ilk addımı atdı

Putin növbəti seçkilərdə də prezident olmaq üçün indidən ilk addımı atdı

5 Sentyabr 2012, 13:43

Rusiya prezidenti Vladimir Putin dövlət qulluğunda çalışan şəxslərin pensiya yaşını dəyişdirmək üçün mövcud qanuna dəyişiklik edilməsi üçün yeni layihəni parlamentə təqdim edib. Modern.az rus KİV-nə istinadən bildirir ki, dövlət qulluğunda çalışanlar 65 yaşında məcbur pensiyaya göndərilirdisə, qanuna dəyişiklik edildikdən sonra yaş senzi 70 olacaq.

Rusiya mətbuatı Putinin bu qanuna dəyişikliyini belə qiymətləndirir: bu ilin oktyabr ayında Putinin 60 yaşı olacaq. Növbəti prezident seçkilərində isə 65 yaşı olacaq və eləcə də Putun öz məsləhətçilərinin yaşını diqqətə alır. Buna görə də qanuna yenidən dəyişiklik edilməsini istəyir.

Qanuna görə, hazırda kişilər üçün pensiya yaşı 60-dır, amma bəzi məqamlarda bu yaş 65-ə qədər uzadıla bilər. Əgər qanuna dəyişilik edirlərsə, bu yaş 70 olacaq.

Qeyd edək ki, Rusiyanın keçmiş prezidenti və hal-hazırkı baş naziri Dmitri Medvedev dövlət qulluğunda çalışanların yaşının 60-a endirmişdi.

Hazırda Rusiya prezidenti Putinin 11 məsləhətçisindən 5-i 60 yaşında, Federal Yüksək Məhkəmənin təmsilçisi Benjamin Yakovlev isə 80 yaşındadır.

Sevinc İltifatqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir