Modern.az

Türkiyə ordusu Qarabağda qardaşlarımıza dəstək olur - Hulusi Akar

Türkiyə ordusu Qarabağda qardaşlarımıza dəstək olur - Hulusi Akar

18 Mart 2021, 11:15

Türkiyə Silahlı Qüvvələri prezidentin tapşırıqları əsasında Suriyada, İraqın şimalında, Şərqi Aralıq dənizində millətimizin maraqlarını qorumaqla yanaşı Liviyada və Qarabağda da qardaşlarımıza dəstək olmaqdadır.

 

Modern.az-ın məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Çanaqqala zəfərinin 106-cı ildönümü ilə əlaqədar bəyanatında deyib.

 

O bildirib ki, Türkiyə ordusu bütün bunlarla yanaşı BMT, NATO, ATƏT və Avropa İttifaqı çərçivəsində üzərinə götürdüyü öhdəliklər çərçivəsində qlobal təhlükəsizliyin təmin olunması məqsədilə fəaliyyətini davam etdirir:

 

"Ölkə içində və xaricdə davam etdirdiyimiz mübarizəmizdə əldə etdiyimiz uğurlarda ən böyük pay şəhid və qazilərimizə məxsusdur. Onların qəhrəmanlıqları və fədakarlıqları heç bir zaman unudulmayacaq".

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi