Modern.az

Azıx mağarasını kəşf edən alimlə bağlı iki FAKT - Tələbələri onu belə XATIRLAYIR

Azıx mağarasını kəşf edən alimlə bağlı iki FAKT - Tələbələri onu belə XATIRLAYIR

Mədəni̇yyət

18 Mart 2021, 11:32

Jurnalistlərimiz Azıx mağarasından reportajlar verir. Şükür bu günlərə!


Bu arada Azıxı da, 350-400 min il yaşı olan ibtidai insanın alt çənə sümüyünü də kəşf edən, dəyərli müəllimimiz Məmmədəli Hüseynovu xatırlamamaq insafdan deyil.


Sadə, təmiz, əqidəli insan! İki faktı deyəcəm.


Biz universitetə girən ili rəhmətə getmişdi. Dekanımız Yaqub müəllimin təşəbbüsü ilə tələbələr pul yığıb qəbrinin üstünü götürdü. O boyda alim, Azərbaycan tarix elminin ən böyük kəşfini etmiş insan ehtiyac içində yaşayırmış...


İkinci fakt, Məmmədəli müəllimin namizədlik dissertasiyasından nə az, nə çox 25 il sonra doktorluq işini müdafiə edir. Bizə arxeologiyadan dərs deyən Nəsimi müəllim deyirdi ki, kişini o qədər bezdiriblərmiş ki, heç doktorluq yazmaq istəmirmiş, dostlarının təkidi ilə müdafiə edir. İndi baxıram bioqrafiyasına dissertasiyalarının birini Tiflisdə, o birini də Kiyevdə müdafiə edib.


Özü də o Quruçay və Köndələnçay vadisində təkcə Azıxı yox, ondan heç də az əhəmiyyət daşımayan Tağlar düşərgəsini də kəşf edib.


Bu gün Məmmədəli Hüseynovun ruhu şaddır. Onun təmiz adını tək tələbələri yox, hamı xatırlayır.


Natiq Məmmədli

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir