Modern.az

“1945-də türk əsgərlərinin gözü önündə 146 azərbaycanlı güllələnib” - Ərdoğan

“1945-də türk əsgərlərinin gözü önündə 146 azərbaycanlı güllələnib” - Ərdoğan

5 Sentyabr 2012, 16:01

Baş nazir Rəcəb Tayyib Ərdoğan bu gün rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının toplantısındakı çıxışı zamanı SSRİ dövründə Türkiyəyə mühacirət etmiş azərbaycanlılarla bağlı qaranlıq faktları açıqlayıb.

Modern.az “Hürriyyət” qəzetinə istinadən bildirir ki, R.T.Ərdoğanın sözlərinə görə, on illər boyu CHP-nin (Cümhuriyyət Xalq Partiyası) üstünü örtməyə çalışdığı bu hadisə istər türk, istərsə də azərbaycanlıların tarixinə acı hadisə kimi yazılıb.

“1945-ci ildə 146 azərbaycanlı Stalinin zülmündən xilas olmaq üçün Türkiyəyə gəlib. Stalin Türkiyədən azərbaycanlıların təhvil verilməsini istəyib. O vaxt hakimiyyətdə olan CHP-dən əmir gəlir və onlar SSRİ-yə təhvil verilir. Vəziyyəti başa düşən azərbaycanlılar “xahiş edirik bizi burada gülləyin, öz bayrağımız altında ölək”, – deyirlər. Amma Boraltan körpüsündən keçən əlibağlı azərbaycanlılar elə oradaca öldürülür. Polis bölməsi komandirinin bu hadisədən sonra özünü öldürdüyü qeyd edilir. Bununla bağlı bır ağı da yaranıb.

“Boraltan bir köprü, aşar geçer Aras’ı,
Yuğsan Aras suyuyla, çıkmaz yüzün karası.
Düşman bekler karşıda, önüne kattı beni,
Can alınan çarşıda, kardeşim sattı beni.
Dönüp seslendim geri, merhametsiz birine,
Beni siz vursaydınız, şu gavurun yerine”- deyə Ərdoğan tarixin acı həqiqətini xatırladıb.

Aytən Əliyeva

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir