Modern.az

Kreml Putinə “qatil” deyən Baydenə CAVAB VERDİ

Kreml Putinə “qatil” deyən Baydenə CAVAB VERDİ

Dünya

18 Mart 2021, 14:14

Rusiya tərəfi Putini “qatil” adlandıran Co Baydenə cavab verib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov ABŞ prezidentinin dediyi sözləri qəbuledilməz adlandırıb.

“Mən bu sözlərə reaksiya verərkən çox söz demək istəməzdim. Bu ABŞ prezidentinin çox xoşagəlməz sözləridir. O birmənalı olaraq ölkəmizlə münasibətləri nizamlamaqda maraqlı deyil. Belə şey tarixdə olmayıb”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər