Modern.az

Təhsil Nazirliyi sorğunun nəticələrini AÇIQLADI

Təhsil Nazirliyi sorğunun nəticələrini AÇIQLADI

Təhsil

18 Mart 2021, 15:52

15 mart tarixindən başladılan və təhsilin keyfiyyətinə təsir edən amillərin qiymətləndirilməsinə yönəlmiş sorğu çərçivəsində 10 812 rəy qəbul edilib.

 

Modern.az-ın məlumatına görə, rəylərin 33,3 faizində keyfiyyətli təhsil üçün müəllimlərin peşəkarlıq səviyyəsinin önəmli olduğu qeyd edilib.

 

Rəylərin 17,3 faizində məktəbin maddi-texniki bazasının mühüm rola malik olduğunu açıqlayıb.

 

Rəylərin 15,2 faizində valideyn amilinin, 10 faizində məktəb rəhbərinin fəaliyyətinin, 8,2 faizinin məktəbdə psixoloji fəaləyyətin, 5,5 faizində dərsliklərin, 7,2 faizində sadalanan amillərin hamısının keyfiyyətli təhsil üçün vacib rol oynadığını söyləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı