Modern.az

164 ibtidai sinif şagirdi məktəbdə virusa yoluxub - NAZİR

164 ibtidai sinif şagirdi məktəbdə virusa yoluxub - NAZİR

Təhsil

18 Mart 2021, 16:29

“Fevralın 1-dən indiyə qədər 164 ibtidai sinif şagirdi virusa yoluxub, bunların hamısı məktəbdə olub”.

Modern.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev Feysbuk hesabında canlı yayımda sualları cavablandırarkən deyib.

Nazir qeyd edib ki, virusa yoluxanlardan 282-si V-IX sinif şagirdidir:

“Ümumilikdə isə 714 işçi heyət COVİD-19-a yoluxub.
Bu müddət ərzində 626 sinif distant təhsilə keçib, onlardan 233-ü geri qayıdıb, 393 sinif hazırda distant təhsildədir.

Həmçinin, 48 məktəb distant təhsilə keçib. 41 orta məktəb hazırda distant təhsili davam etdirir. 7 məktəb ənənəvi tədrisə qayıdıb”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?