Modern.az

Azərbaycanın müstəqillik iradəsi dönməz və əbədidir

Azərbaycanın müstəqillik iradəsi dönməz və əbədidir

Aktual

18 Mart 2021, 18:00

13-17 mart 1995-ci il Azərbaycanda dövlət çevrilişinə cəhdin tarixidir, Azərbaycan dövlətçiliyinə qarşı xəyanətkarlığın tarixidir. O illərin siyasi çəkişmələri müqabilində itirdiklərimiz indi hamımıza məlumdur. Lakin dünya siyasi arenasında öz mövqeyi ilə seçilən Ulu öndər Heydər Əliyev xalqın tələbi ilə 1993-cü ilin 15 iyununda hakimiyyətə qayıtmasaydı, bu itkilər daha böyük ola bilərdi.

 

Cavadov qardaşları dövlət orqanlarını iflic vəziyyətinə salmaq, onları ələ keçirmək iddiasını gizlətmədilər. Dövlətə öz iddialarını ultimativ şəkildə diktə etməyə başladılar. Hadisələri diqqətlə izləyən və tam nəzarətdə saxlayan ölkəmizin başçısı yalnız özünəməxsus səbr və təmkinlə gənc müstəqil dövlətin bu vəziyyətdən qansız-qadasız sovuşması üçün təxirəsalınmaz tədbirlər gördü.

 

Cavadovların  qanlı əməllərini dayandırmaq mümkün oldu. Vəziyyətin belə böyük siyasi məharətlə qırğınsız nizamlanması bir çox xarici və daxili düşmənlərimizi rahat buraxmadı. Yenə təxribatlara, qətllərə, dövlət çevrilişinə cəhdə əl atıldı. Dövlət çevrilişinə cəhd edən qeyri-qanuni silahlı birləşmələr hakimiyyəti silah gücünə, qeyri-konstitusion yolla ələ keçirməkdə tam israrlı idilər. Onlar ağsaqqalları, ziyalıları, hətta yaşlı atalarını da dinləmirdilər. “OMON”-a dəfələrlə təkid edilmişdi ki, DİN-in daxilində qeydiyyatdan keçsin və bu qurumun tabeçiliyinə verilsin. Amma qanunsuz “OMON”-çu dəstələr bütün cəhdlərə baxmayaraq, hakimiyyətə müqavimət göstərmək qərarına gəldilər Buna görə də, cəmiyyətdə dövlət çevrilişinə cəhd göstərənlərə qarşı şiddətli nifrət yaranmışdı və xalq xəyanətkar, cinayətkar əməllərə son qoyulmasını tələb edirdi. Eyni zamanda, proseslərdən faydalanmaq arzusuna düşən dağıdıcı müxalifət partiyalarının nümayəndələrinin xalq arasında apardığı təbliğat işləri də heç bir nəticə vermirdi. Beləliklə də, 1995-ci ilin mart ayının 17-də Ulu öndər Heydər Əliyev və xalq birliyi nəticəsində dövlət çevrilişinin qarşısı alındı.

 

Birmənalı şəkildə demək olar ki, Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması böyük Ulu Öndərimizin siyasi fəaliyyətinin nəticəsidir. Heydər Əliyevin bu cür cəhdlərin qarşısını qətiyyətlə alması Azərbaycan xalqının  sabaha, gələcəyə ümidini daha da artırdı. Qüdrətli şəxsiyyət Heydər Əliyev düşmənlərimiz tərəfindən təşkil olunmuş dövlət çevrilişi cəhdlərinin qarşısını almaqla Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının prioritet istiqaməti kimi müəyyənləşdirdi.

 

Azərbaycanın bu dövrdə əldə etdiyi dövlət müstəqilliyinin möhkəmlənməsi, beynəlxalq nüfuzunun artması, respublika iqtisadiyyatının dayanıqlı inkişafının təmin olunması, xalqın rifah halının mütəmadi olaraq yüksəlməsi və digər tarixi nailiyyətlər silsiləsi məhz ümummilli lider Heydər Əliyevin xalqın çağırışı ilə Azərbaycana rəhbərliyə qayıdışından başlanır. Bu gün Azərbaycan qüdrətli bir dövlətə çevrilib. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasətin möhtərəm Prezident cənab  İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin beynəlxalq aləmdəki mövqeyi getdikcə artır. Bütün bunlar sübutdur ki, 1995-ci ilin mart ayında dövləti və müstəqilliyi müdafiə edən xalqımız seçimində yanılmayıb.

 

Naftalan şəhər sakini  Əliyev Tural

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə