Modern.az

Avropada koronavirusdan ölüm halları çoxalıb - ÜST

Avropada koronavirusdan ölüm halları çoxalıb - ÜST

Aktual

18 Mart 2021, 19:25

Avropada COVID-19 infeksiyasından ölənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə çoxdur.

 

Modern.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosunun direktoru Hans Klüge deyib.

O bildirib ki, ötən həftə Avropa regionunda koronavirusdan ölənlərin sayı 900 mini keçib:

"Hər həftə regionda 20 mindən çox şəxs virusun qurbanı olur. Avropada virusdan ölənlər ötən il bu dövrdə ölənlərin sayından çoxdur. Bu, virusun geniş yayıldığını göstərir".

 

H.Klüge bildirib ki, yoluxma ilə bağlı ən ciddi vəziyyət Mərkəzi Avropa, Balkan və Baltikyanı ölkələrdə müşahidə olunur.

Bu günədək regionun 46 ölkəsində 107 milyondan çox vaksin vurulub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə