Modern.az

Ərdoğan: “İrana hələ heç kəs belə tərs sillə vurmamışdı”

Ərdoğan: “İrana hələ heç kəs belə tərs sillə vurmamışdı”

Dünya

5 Sentyabr 2012, 18:32

İranın “хabaronline.ir” saytının yaydığı xəbərdə deyilir ki, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Misir prezidenti Məhəmməd Mursinin İranın dövlət televiziyasındakı çıxışına toxunub. Avqustun 30-da Qoşulmama Hərəkatının zirvə toplantısındakı həmin çıxışla bağlı Ərdoğan öz Twitter səhifəsində belə yazıb:

“Öz bəyanatı ilə cənab Mursi İrana tərs bir sillə çəkmiş oldu. Bu müsəlman ölkəsi prezidenti tərəfində vurulmuş tayı-bərabəri olmayan bir sillə idi. Osmanlı imperiyasının süqutundan sonra İrana hələ heç kəs belə tərs sillə vurmamışdı“.

İran saytı bildirir ki, Mursinin bu bəyanatından sonra rəsmi Suriya bəyan edib ki, Məhəmməd Mursi ilə Hüsnü Mübarək arasında heç bir fərq yoxdur.

Elbəyi HƏSƏNLİ 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır