Modern.az

Milli Məclisin rus deputatı yubileyini QEYD EDİR

Milli Məclisin rus deputatı yubileyini QEYD EDİR

19 Mart 2021, 10:38

Bu gün Milli Məclisin deputatı, Azərbaycan Rus İcmasının sədri Mixael Zabelinin doğum tarixidir.

Modern.az xəbər verir ki, deputatın 75 yaşı tamam olur.

Mixael Zabelin 1946-cı ilin 19 martında Bakıda doğulub. Azərbaycan Politexnik İnstitutunun Hidromeliorasiya fakültəsini, Bakı Ali Partiya Məktəbini və Ümumittifaq Qiyabi Hüquq İnstitutunun Sovet quruculuğu fakültəsini bitirib.

1990-cı ildə Azərbaycan Ali Sovetinin deputatı, I, II, III, IV, V və VI çağırışlarda Milli Məclisin üzvü seçilib.

Mixail Zabelin Yeni Azərbaycan Partiyasının (YAP) yaradıcılarından olub, YAP-ın VII qurultayında (5 mart 2021-ci il) İdarə Heyətinin üzvü seçilib.

ABŞ-ın Texas ştatının fəxri vətəndaşı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvüdür

İctimai-siyasi fəaliyyətinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il tarixli sərəncamı ilə “Şöhrət”, Rus kilsəsinin Patriarxı tərəfindən “III dərəcəli Serqiy Radojenski” ordenləri və Rusiya-Azərbaycan parlamentlər arası əməkdaşlığın inkişafında fəal iştirakına görə Rusiya Federasiyası tərəfində Fəxri fərmanla təltif olunub.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi