Modern.az

Daha bir məktəb BAĞLANDI

Daha bir məktəb BAĞLANDI

Təhsil

19 Mart 2021, 11:26

Quba rayonunun Alekseyevka kənd tam orta məktəbi bugündən əyani tədrisdən distant tədrisə keçib.

 

Modern.az xəbər verir ki, bunu Trend-ə məktəbin direktoru İsa Əlixanlı deyib.

 

Onun sözlərinə görə, məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi Məhsimova Gülxar Sabir qızında COVID-19-a qarşı testin nəticəsi pozitiv olub.

 

Məktəbdə tədris aprelin 2-dək distant formada olacaq.

 

Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev dünən fevralın 1-dən indiyədək 626 sinfin distant tədrisə keçdiyini, onların 233-nün artıq əyani tədrisi bərpa etdiyini, hazırda 48 məktəbdə distant tədrisin tətbiq olunduğunu açıqlamışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir