Modern.az

Müəllimlikdən spikerliyə gedən yol - Sahibə Qafarova üçün ÖZƏL GÜN

Müəllimlikdən spikerliyə gedən yol - Sahibə Qafarova üçün ÖZƏL GÜN

Parlament

19 Mart 2021, 12:54

19 mart tarixi Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova üçün xüsusi əhəmiyyət daşıyır.

Modern.az-ın məlumatına görə, bu gün Sahibə Qafarovanın doğum tarixidir.

Sahibə Qafarova 1955-ci il martın 19-da Şəmkir şəhərində anadan olub. Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsini və Azərbaycan Dillər Universitetinin İngilis filologiyası fakültəsini fərqlənmə diplomları ilə bitirib. Filologiya elmləri doktoru, professordur. Eyni zamanda Əməkdar müəllimdir. Bir neçə dərsliyin, dərs vəsaitinin, monoqrafiyanın və elmi məqalələrin müəllifidir. İngilis və rus dillərini bilir.


1978–1981-ci illərdə Şəmkir şəhərində orta məktəblərdə müəllim işləyib. 1981–2000-ci illərdə Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun laborantı, müəllimi, baş müəllimi, dosenti, professoru, Qərb Universitetinin Qərb dilləri fakültəsinin dekanı, 2000–2020-ci illərdə Bakı Slavyan Universitetinin Ədəbiyyat nəzəriyyəsi kafedrasının professoru, Avropa dilləri kafedrasının müdiri, Beynəlxalq əlaqələr üzrə prorektoru (2010–2020-ci illərdə ictimai əsaslarla) olub. 2006-cı ildə ABŞ Dövlət Departamentinin Fulbright Scholarship proqramı çərçivəsində Miçiqan Universitetinin Gender Araşdırmaları İnstitutunda çalışıb.     


Yeni Azərbaycan Partiyasının üzvüdür.


Dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.


2012–2014-cü illərdə Avropa Şurasının Parlament Assambleyasında İrqçiliyə və ksenofobiyaya qarşı alt komitəyə, 2014–2015-ci illərdə Gender bərabərliyi alt komitəsinə rəhbərlik etmiş, 2015–2017-ci illərdə «Zorakılıqdan azad qadınlar» şəbəkəsinin siyasi əlaqələndiricisi, Qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçi, 2016–2018-ci illərdə Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri, Büro üzvü olmuşdur. 2018–2020-ci illərdə Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib.


Türkdilli Ölkələrin Parlament Assambleyasında və MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin rəhbəridir.


2020-ci il martın 10-dan Azərbaycan Respublikası Milli Məclisinin Sədridir.

Ailəlidir, 2 övladı var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?