Modern.az

Toylara nə vaxt icazə veriləcək? - Rəsmi CAVAB

Toylara nə vaxt icazə veriləcək? - Rəsmi CAVAB

19 Mart 2021, 16:34

“Hazırda toy və ad günü keçirmək qadağandır. Əgər kimsə bunu edirsə, o deməkdir ki, qaydaları pozur”.

Bunu Modern.az-ın əməkdaşının "5 nəfərin iştirakı ilə ad günü keçirmək qadağandır, amma ictimai nəqliyyatda 100-150 nəfər nəfəs-nəfəsə gedir, polis də deyir “sıxlaşın, yerdəki 2 nəfər də minsin”. Bu hansı məntiqə sığır" sualını cavablandırarkən, Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov bildirib.

Ş.Mövsümov qeyd edib ki, ictimai nəqliyyat fəaliyyət göstərən günlərdə sərnişinlərin istifadəsi qadağan deyil:

"Qaydalara görə, ad günü, toy keçirmək qadağandır. Biz qaydalara əməl etməliyik. Amma əgər hansısa polis əməkdaşı deyirsə, “sıxlaşın, iki nəfər də minsin”, əlbbəttə, o düz etmir və qaydanı pozur". 


Prezidentin köməkçisi bildirib ki, hazırkı yoluxma sayı ilə kütləvi tədbirlərin, o cümlədən toyların keçirilməsinə icazə verilə bilməz.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?