Modern.az

Gənclər arasında tütünə qarşı mübarizə işi müzakirə olunub

Gənclər arasında tütünə qarşı mübarizə işi müzakirə olunub

Dünya

5 Sentyabr 2012, 09:16
5 sentyabr 2012-ci il tarixində Şirvan şəhərində “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Gənclər arasında tütünə qarşı mübarizə işinin təşkili ” layihəsi çərçivəsində tütünçəkmə ilə mübarizə məsələlərinə həsr olunmuş tədbir  təşkil edildi.

Şirvan şəhər 10 saylı orta məktəbdə təşkil olunan tədbirdə  Şirvan Şəhər İcra Hakimiyyətinin, qeyri-hökumət qurumlarının aidiyyəti ekspertləri, məktəblilər və gənclər  iştirak etmişlər. Tədbirdə tütün epidemiyası ilə bağlı məsələlər təhlil olundu, müxtəlif təqdimatlarla çıxışlar edildi və irəli gələn məsələlər ətrafında müzakirələr aparıldı. Tədbirin açılışında Şirvan Şəhər İcra Hakimiyyətinin məsul işçisi Ramil Qasımov 2005-ci ilin 20 sentyabr tarixində Prezident İlham Əliyev cənabları tərəfindən “Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası”na qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanununun imzalandığını və bu qanunun  əhəmiyyəti haqda  məlumat verdi . Tədbirdə Azərbaycan Tibb Universitetinin tələbələri Burxan Həsənov və  İsmayıl Mustafazadə “ Dünyada tütünlə mübarizə təcrübəsi ” mövzusunda slaydlar təqdim edərək bütün incəlikləri görüş iştirakçılarının diqqətinə çatdırıb çıxış etdilər.

Müzakirələrin nəticələrinə görə rəy və məsləhətlər yekunlaşdırılaraq xüsusi vurğulandı ki, tütün epidemiyasının səbəbləri və onlarla effektli mübarizə üsulları barədə məlumatların kifayət qədər olmasına baxmayaraq, bu biliklərin təcrübədə istifadə olunması və cəmiyyətin bütün təbəqələrinin həyata keçirilən tədbirlərdən faydalanması üçün hələ bir çox işlər görülməlidir. Tədbirin sonunda  qərara alındı ki ,  növbəti toplantılar yeni dərs ilində olsun və tütünün insan orqanizminə zərəri haqda məlumat tipli bukletlər çap olunub orta məktəb şagirdləri və şəhər gəncləri  arasında paylanılsın.



Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!