Modern.az

Paşinyan Ermənistandan qaçmaq niyyətində deyil

Paşinyan Ermənistandan qaçmaq niyyətində deyil

Dünya

20 Mart 2021, 14:54

Ermənistan Baş naziri Nikol Paşinyan digər siyasətçilərin bəyanatlarına baxmayaraq, ölkədən qaçmaq niyyətində olmadığını bildirib. 

 

Modern.az Ermənistan mətbuatına istinadən məlumat verir ki, N. Paşinyan bunu Aştarak vilayətində sakinlərlə görüşdə Ermənistanın ilk Prezidenti Levon Ter-Petrosyanın bəyanatını şərh edərkən bildirib. 

 

Qeyd edək ki, L. Ter-Petrosyan bildirmişdi ki, yeganə çıxış yolu N. Paşiyanın təcili Baş nazir postundan istefa verməsi, müvəqqəti xaricdə sığınacaq tapması üçün N. Paşinyana toxunumazlıq qarantiyası verilməsidir.  

 

N. Paşinyan isə deyib ki, L. Ter-Petrosyan karyerası ərzində iki dəfə “qaçmağın gözəl nümunəsi”ni nümayiş etdirib: “Məgər mən qaçan insana bənzəyirəm? Əgər xalq qərar versə ki, məni güllələməlidir, mən divarın qarşısında duraram. Heç kim düşünməsin ki, mən xalqın qəbul etdiyi qərardan qaçacam”. 

 

N. Paşinyan hesab edir ki, ölkədə qan tökülməsini istəyən şəxslər və qüvvələr var: “Onlar istəyirlər ki, İrəvanın, Aştarakın küçələrində qan axsın. Bu insanlar 27 oktyabrda, 1 martda törətdikləri onlarla siyasi qətldən, qandan doymayıblar. Bu insanlar Ermənistanda yenidən qan axmasını istəyirlər.  Hakimiyyət Qarabağda müharibən sonra 5 ay ərzində aqressiv hücumlara məruz qalıb. Bu müddət ərzində həm hakimiyyət, həm də xalqın başlıca nailiyyəti vətəndaş qarşıdurmasından yayınmağı bacarması olub. Ölkədə hər gün aqressiyanın artmasına, qan tökülməsinə çalışan, seçkiləri istəməyən qüvvələr var. Mən onların bizim hakimimiz olmasına imkan vermirəm. Hakim xalq olmalıdır”.  

 

Baş naziri hüquq-mühafizə orqanlarının qətllər törədilməsi və hakimiyyət çevrilişi şüarları ilə çıxış edənlərlə bağlı vəsatətlərini təmin etməyən məhkəmələrdən də narazılığını bildirib: “Nə üçün Ermənistanda indiyə qədər belə hakimlər qalıb? İnqilabın əsasında xristian dəyərləri vardı. Ümid edirdik ki, insanlar dəyişəcək, ancaq çoxları hüquqi, mənəvi və siyasi sərhədləri keçdi”. 

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar