Modern.az

Qazaxda ağır qəza: ata və oğlu öldü

Qazaxda ağır qəza: ata və oğlu öldü

Aktual

20 Mart 2021, 20:26

Qazaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

 

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili “VAZ 21011”-ə dəyərək yol kənarındakı ağaclara çırpılıb. 

 

 

Qəzada Dəmirçilər kənd sakini 57 yaşlı Ziyarət Xəlilov və onun oğlu 27 yaşlı Elvin Xəlilov ölüb. Həmçinin 26 yaşlı Cövdət Qasımov və Məhərrəm Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə