Modern.az

Bayden Kamala Harrisi özündən ağıllı sayır

Bayden Kamala Harrisi özündən ağıllı sayır

20 Mart 2021, 23:31

ABŞ Prezidenti Co Bayden bildirib ki, Birləşmiş Ştatların vitse-prezident Kamala Harris ondan daha ağıllıdır.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, Bayden bunu Atlantada Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzdə deyib.

Kamala Harrisi təqdim edən ABŞ rəhbəri bir sıra suallara cavablandırarkən vitse-prezidenti yüksək qiymətləndirib.

 

"Buna heç bir əlavəm yoxdur, cənab prezident", - Harris cavabında deyib.

 

Qeyd edək ki, Bayden daha əvvəl Kamala Harrisi ABŞ prezidenti adlandırıb. Belə ki, ABŞ prezidenti ictimaiyyət qarşısında çıxışı zamanı Birləşmiş Ştatların vitse-prezidentinə dövlət başçısı deyib.

 

Əgər 78 yaşlı Co Bayden səlahiyyətlərini vaxtından iki il və ya daha çox müddət əvvəl başa vurmalı olsa, onda ABŞ-da dövlət başçısı vəzifəsini vitse-prezident icra edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır