Modern.az

Final görüşündə heç-heçə, Karlsendən qələbə - Çempionlar Turu

Final görüşündə heç-heçə, Karlsendən qələbə - Çempionlar Turu

Aktual

20 Mart 2021, 23:18

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində final və 3-cü yer uğrunda ilk görüşlər başa çatıb.

 

Modern.az xəbər verir ki, "Magnus Carlsen Invitational" adlanan yarışın həlledici raundunda niderlandlı Aniş Giri ilə Rusiya təmsilçisi Yan Nepomnyaşi üz-üzə gəlib. İlk görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Üçüncü yer uğrunda ilk qarşılaşmada isə Uesli So (ABŞ) və Karlsen münasibətlərinə aydnlıq gətirib. Yarışın təşkilatçısı ilk dueldən qələbə ilə ayrılıb - 3:1.

 

Qeyd edək ki, ikinci görüşlər sabah keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə