Modern.az

"Mançester Siti" yarımfinalda

Aktual

20 Mart 2021, 23:59

Futbol üzrə İngiltərə Kubokunun 1/4 final matçında "Mançester Siti" "Everton"la qarşılaşıb.

 

Modern.az xəbər verir ki, görüş Liverpulda "Qudison Park" stadionunda boş tribunalar qarşısında keçirilib və qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Qarşılaşmada hər iki qol oyunun ikinci hissəsində vurulub. Matçda hesabı 84-cü dəqiqədə yarımmüdafiəçi İlkay Gündoğan açıb. Bundan 6 dəqiqə sonra Kevin de Breyne Rodrinün ötürməsi ilə fərqlənib.

 

Beləliklə, Xosep Qvardiolanın yetirmələri milli kubokun ikinci yarımfinalçısı olublar. Bundan əvvəl isə "Sautqempton" 1/4 final matçında "Bornmut"dan üstün olub.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə